Bakı.Trend:
"Azərişıq" ASC dövlət əhəmiyyətli obyektlərin elektrik təchizatının dayanıqlığının və etibarlılığının artırılması məqsədilə 100 və 200 nömrəli transformator yarımstansiyalarının yenidən qurulması üzrə tender elan edib.
Tenderdə iştirak haqqı 1500 manatdır.
Tenderdə iştirak etmək istəyənlər təkliflərini 6 avqust 2026-cı il saat 15:00-dək (GMT+4) təqdim etməlidirlər. Tender təklifləri zərflərinin açılışı 6 avqust 2026-cı il saat 15:00-da (GMT+4) keçiriləcək.
Əlavə məlumat üçün:
Tel.: (+994)12 440 39 93 (9219). Əlaqələndirici şəxs: Namiq Heybətov. Elektron poçt: [email protected] Ünvan: AZ1065, Bakı şəhəri, Bakixanov küçəsi, 13.