Bakı. Trend:
Pakistan İran və ABŞ arasında gərginliyin aradan qaldırılması istiqamətində vasitəçilik fəaliyyətini davam etdirməyə hazır olduğunu bəyan edib.
Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığından sonra X sosial şəbəkəsində paylaşım edib.
Baş nazir bildirib ki, telefon danışığı zamanı tərəflər regionda formalaşan vəziyyəti müzakirə edib, son aylarda əldə olunmuş sülh razılaşmalarının qorunması üçün təmkin, dialoq və diplomatiyanın vacibliyini vurğulayıblar.
“Pakistanın davamlı regional sülhün təmin olunması naminə dürüst və səmimi vasitəçi rolunu oynamağa sadiq olduğunu bir daha təsdiqlədim”, – deyə Şahbaz Şərif qeyd edib.