Bakı.Trend:
ABŞ, Meksika və Kanadada keçirilən futbol üzrə dünya çempionatında (DÇ2026) , oyunsonrası penalti seriyaları da daxil olmaqla, vurulmayan 11 metrlik cərimə zərbələrinin sayına görə yeni rekord qeydə alınıb.
Bu barədə “Sky News” telekanalı idman analitikasi sahəsində fəaliyyət göstərən “Opta” şirkətinə istinadən məlumat yayıb.
Məlumata görə, cari mundialda futbolçular təyin olunan 60 penaltidən, o cümlədən oyunsonrası seriyalarda, cəmi 39-nu dəqiq yerinə yetiriblər. Bildirilir ki, bu, son 60 ildə belə statistikanın aparıldığı dövrdə ən aşağı göstəricidir.
Penalti zərbələrini qaçıranlar arasında Fransa millisinin hücumçusu Kilian Mbappe və Argentina yığmasının forvardı Lionel Messi kimi top-ulduzlar da yer alır. Messi eyni dünya çempionatında iki dəfə penalti qaçıraraq antirekorda imza atıb.