Bakı.Trend:
İki həftədən sonra Moskvanı misli görülməmiş sayda ağcaqanad bürüyə bilər.
Bunu "Moskva" agentliyinə Ümumrusiya Təbiətin Mühafizəsi Cəmiyyətinin Moskva vilayəti üzrə icraçı direktoru Yaroslav Volpin deyib.
Mütəxəssisin sözlərinə görə, iyulun ilk yarısında Moskva regionunda ağcaqanadların sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə daha az olub. Lakin bu, yalnız "fırtınaqabağı sakitlikdir". O bildirib ki, yüksək temperatur davam edərsə, təbiət yaxın iki həftə ərzində bu fasiləni kompensasiya edəcək.
Y.Volpin qeyd edib ki, mövcud vəziyyət hava şəraitində yaranmış paradoksla bağlıdır. Onun sözlərinə görə, ağcaqanadların uğurla çoxalması üçün təkcə yüksək temperatur deyil, həm də durğun su hövzələrinin olması vacibdir. May və iyunun əvvəlində regionda anomal istilər müşahidə olunsa da, yağıntılar qeyri-bərabər paylanıb.
Yağan leysanlar sabit müvəqqəti su hövzələrinin yaranmasını təmin etməyib, çünki rütubət sürətlə buxarlanıb. Nəticədə ağcaqanadların çoxaldığı gölməçələr, su çəlləkləri və müvəqqəti su hövzələri sürfələrin inkişaf dövrü (5–10 gün) başa çatmamış quruyub.