Bakı. Trend:
İran Hörmüz boğazına nəzarət etmir.
Bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçidi yalnız İranın müəyyən etdiyi konkret marşrutlar üzrə mümkün olduğuna dair rəsmi Tehranın bəyanatını təkzib edərkən bildirib.
CENTCOM-un bəyanatına görə, Amerikalı hərbçilər 800-dən çox ticarət gəmisinin dəniz yolu ilə təhlükəsiz tranzitini təmin ediblər.
“İran Hörmüz boğazına nəzarət etmir. May ayının əvvəlindən bəri Amerikalı hərbçilər 800-dən çox ticarət gəmisinin və 380 milyon barreldən çox neftin bu önəmli beynəlxalq nəqliyyat dəhlizindən uğurlu keçidinə şərait yaradıb”, - deyə bəyanatda qeyd edilir.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.