Bakı.Trend:
İran infrastruktur obyektlərinə hücum ediləcəyi təqdirdə İsrail ərazisindəki hədəflərə zərbələr endirəcək.
IRNA agentliyinin məlumatına əsasən, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr bildirib.
"İnfrastruktur obyektlərinə edilən hücumlara cavab zərbələri ilə qarşılıq veriləcək və İsrail döyüşçülərimizin cavabından təhlükəsiz qalmayacaq", – deyə o vurğulayıb.
Bundan bir gün əvvəl İran hakimiyyəti ABŞ-nin hücumlarını davam etdirəcəyi təqdirdə regiondakı Amerika hərbi obyektlərinə endirilən zərbələrin çevrəsini genişləndirəcəyi ilə hədələmişdi.