Bakı. Trend:
Serbiya hökuməti bazar ertəsindən etibarən yanacağa tətbiq olunan aksiz vergisinin 10 faiz aşağı salınmasına qərar verib.
Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərarın məqsədi qlobal bazarda neftin bahalaşmasının ölkə iqtisadiyyatına təsirini azaltmaq və inflyasiya proseslərini nəzarətdə saxlamaqdır.