Bakı.Trend:
ABŞ-nin ardıcıl ikinci gündür İrandakı hədəflərə zərbələr endirməsi fonunda Hörmüz boğazı ilə ticarət gəmilərinin hərəkəti minimum səviyyəyə düşüb.
Bu barədə "Bloomberg" agentliyi gəmilərin hərəkətini izləyən xidmətlərin məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, hazırda gəmi hərəkəti yalnız İran sahilləri yaxınlığında yerləşən və Tehran tərəfindən təsdiqlənmiş daşınma marşrutu hesab edilən şimal dəhlizində müşahidə olunur. Boğazın cənub hissəsində yerləşən və Oman dəhlizi kimi tanınan marşrut üzrə isə hərəkət qeydə alınmır.
Agentliyin məlumatına əsasən, hazırda boğazdan yalnız iki böyük gəmi keçir – ABŞ sanksiyaları altında olan supertanker və İran bayrağı altında üzən konteynerdaşıyan gəmi.