Bu gün səhər saatlarında yayılan məlumata görə, Tərtər şəhər 2 saylı məktəbinin 9-cu sinif şagirdi vəfat edib. Onun sinif yoldaşı ilə mübahisə zamanı aldığı yumruq xəsarətlərindən vəfat etdiyi iddia edilir.
Tərtərdə iki məktəbli arasında düşən dava birinin ölməsi ilə nəticələnib.
Baş Prokurorluqdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.