Bakı.Trend:
Bakı şəhərinin Pirşağı qəsəbəsində minik avtomobili dənizkənarı yolda kanalizasiya kollektoruna düşüb.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
İlkin məlumata görə, qəza gecə saatlarında baş verib. Nəticədə sürücü və avtomobildə olan sərnişinlərin yüngül xəsarət aldığı bildirilir.