Bakı.Trend:
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in əldə etdiyi məlumata görə, hadisə iyulun 2-də baş verib.
Belə ki, Vəliyev Mahir Bilal oğlu idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun sağ tərəfində yerləşən dəmir məhəccərə çırpılıb.
Qəza nəticəsində sürücü Bilal Vəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Bədəlova Fəridə Eman qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.