Bakı.Trend:
Nazir Rəşad Nəbiyevin Xaçmazda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Mətbuat xidməti məlumat yayıb.
"Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 3 iyul 2026-cı il tarixində saat 09:00-da Xaçmaz şəhərində yerləşən Tarix Diyarşünaslıq Muzeyində Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu təxirə salınıb.
Qəbulun tarixi barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək",-deyə RİNN-in Mətbuat xidmətindən əlavə edilib.