Bakı. Trend:
ABŞ-nin Azərbaycandakı səfirliyi Bakıda Olimpiya Stadionunun ABŞ bayrağının rəngləri ilə işıqlandırılmasına görə, Azərbaycana təşəkkür edib.
Bu barədə səfirliyin rəsmi sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, ABŞ iyulun 4-də ölkənin müstəqilliyinin 250 illiyini qeyd etməyə hazırlaşarkən çərşənbə axşamı Bakının möhtəşəm Olimpiya Stadionunun ABŞ bayrağının qırmızı, ağ və mavi rənglərinə bürünməsi böyük məmnunluq doğurub.
“Bu dəyərli jest Amerika və Azərbaycan xalqları arasında davamlı dostluğun, qarşılıqlı hörmətin və möhkəm tərəfdaşlığın gözəl rəmzidir”, - paylaşımda qeyd olunub.