Bakı. Trend:
"Atletiko"nun müdafiəçisi Kleman Lanqle karyerasını Portuqaliyada davam etdirəcək.
"Benfika" fransalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
31 yaşlı mərkəz müdafiəçisi artıq Lissabondadır. Təcrübəli oyunçu tibbi müayinədən keçdikdən sonra "Benfika" ilə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Atletiko" Kleman Lanqleni 2024-cü ilin yayında "Barselona"dan transfer edib. Fransa millisinin sabiq üzvü 2025/26 mövsümündə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.