Bakı. Trend:
Fransa və Oman Hörmüz boğazının minalardan təmizlənməsində birgə iştirak etmək barədə razılığa gəliblər.
Bu barədə Fransa prezidenti Emmanuel Makron Oman sultanı Heytəm bin Tarek Əl Səidlə görüşdən sonra bildirib.
Makronun sözlərinə görə, tərəflər dəniz yollarının təhlükəsizliyini təmin etmək və Hörmüz boğazından sərbəst və qeyd-şərtsiz keçidi təmin etmək üçün tərəfdaşları ilə birlikdə işləmək niyyətindədirlər.
O əlavə edib ki, liderlər həmçinin Yaxın Şərqdəki vəziyyətin gərginliyini azaltmaq üçün işləri davam etdirmək barədə razılığa gəliblər.