Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin Rusiya–Ukrayna danışıqlarının mümkün nəticə verəcəyi halda, Minsk şəhərinin danışıqlar üçün məkan ola biləcəyini bildirib.
Bu barədə Putin “Vesti”nin jurnalisti Pavel Zarubinə müsahibəsində danışıb.
Dövlət başçısı qeyd edib ki, Belarus bu prosesdə vasitəçi və danışıqlar məkanı kimi istifadə oluna bilər.
“Mən əminəm ki, danışıqlar nə vaxtsa nəticə verərsə, Belarusun imkanlarından da istifadə etmək olar”, – deyə Putin bildirib.
O, həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenkonun mübahisəli məsələlərin sülh yolu ilə həllinə yönəlmiş təşəbbüsləri dəstəklədiyini vurğulayıb.