Bakı. Trend:
İngiltərə millisinin hücumçusu Harri Keyn futbol üzrə dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Panama yığmasına qarşı keçirilən oyunda fərqlənərək turnir tarixində milli komandanın ən məhsuldar bombardiri olub.
O, dünya çempionatlarında vurduğu qolların sayını 11-ə çatdırıb. Bununla da Keyn indiyədək bu göstəricidə birinci yeri bölüşdüyü Qari Linekeri geridə qoyub.
Beləliklə, Harri Keyn dünya çempionatları tarixinin ən yaxşı bombardirləri sırasında ilk onluğa daxil olub. Macarıstanlı Şandor Koçiş və almaniyalı Yurgen Klinsmann da mundiallarda 11 qol vurublar.