Bakı. Trend:
Əfqanıstanın Hindukuş dağlarında 5,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, zəlzələnin episentri Kunduz şəhərindən 169 km şərqdə olub.
Yeraltı təkanların ocağı 201 km dərinlikdə yerləşib.