Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonu axmaq və səriştəsiz adlandırıb.
ABŞ prezidenti bunu "Truth Social"da yazıb.
Tramp ümid edir ki, keçmiş müşaviri məxfi sənədlərlə düzgün işləmədiyinə görə sərt cəza alacaq.
“Con Bolton son dərəcə axmaq, qeyri-sabit və səriştəsiz keçmiş ABŞ nümayəndəsi... O, dəhşətli bir insandır, nifaq və savaçdan başqa bir şey istəməyən və hara getsə, ölüm və dağıntı yayan dəlidir. Ümid edirəm ki, onunla sərt davranılacaq!”, - deyə cənab Tramp qeyd edib.
Con Bolton 2018-ci ildən 2019-cu ilə qədər Milli Təhlükəsizlik Müşaviri vəzifəsində çalışıb. Onunla bağlı istintaq 2020-ci ildə başlayıb. 2025-ci ilin oktyabr ayında Bolton məxfi məlumatların düzgün işlənməməsi və üçüncü tərəflərə ötürülməsi ilə bağlı 18 maddə ilə ittiham olunub. Keçmiş müşavir günahını etiraf edib. ABŞ Ədliyyə Nazirliyi ilə bağlanmış müqavilənin bir hissəsi olaraq, prokurorlar ona qarşı 17 ittihamı ləğv edəcəklər. O, həmçinin 2,2 milyon dollar cərimə ödəyəcək.