Bakı. Trend:
Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 235-ə çatıb, 4300-dən çox insan yaralanıb.
Bu barədə ölkənin səhiyyə naziri Karlos Alvarado "Venezolana de Televisión" dövlət televiziya kanalının efirində məlumat verib.
"Təəssüf ki, təxminən 235 xəstə qəbul etdik, onlar həyat əlamətləri olmadan qəbul edildi və ya tibb müəssisələrimizə çatdıqdan sonra ölüblər", - deyə nazir bildirib.
O, 4300-dən çox yaralıya yardım göstərildiyini qeyd edib.
xxx
23:42
Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 188 nəfərə çatıb, daha 1520 nəfər yaralanıb.
Bu barədə Milli Assambleyanın sədri Xorxe Rodrigez məlumat verib.
"Təəssüflə bildiririk ki, zəlzələ nəticəsində 188 venesuelalı həlak olub. 1520 yaralı artıq xəstəxanalara aparılıb və hazırda müalicə alır. 157 nəfər hələ də itkin düşüb", - deyə o bildirib.
"Hazırda binaların dağıntıları altında qalan 200-dən çox insan haqqında məlumatımız var və onların əksəriyyətini xilas etmək üçün zamanla gərgin bir yarışdayıq", - deyə Milli Assambleyanın sədri əlavə edib.