Bakı. Trend:
Londonun ICE birjasında aparılan ticarət zamanı "Brent" markalı xam neft üzrə avqust fyuçerslərinin qiyməti fevralın 27-dən bəri ilk dəfə olaraq bir barel üçün 73 dollar həddindən aşağı enib.
Bu barədə birjanın ticarət göstəricilərində qeyd olunub.
Bakı vaxtı ilə saat 05:01-ə olan məlumata əsasən, "Brent" markalı neftin dəyəri 1,02 faiz azalaraq 72,99 dollar təşkil edib.
Sonrakı dəqiqələrdə qiymət enişini davam etdirib. Belə ki, saat 05:21-də bir barel "Brent" neftinin qiyməti 72,89 dollara qədər geriləyib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,15 faizlik azalma deməkdir.