Bakı. Trend:
Qiymətli metalların qiymətləri ABŞ dollarının möhkəmlənməsi fonunda enişini sürətləndirib.
Bakı vaxtı ilə saat 17:05-ə qədər Comex birjasında avqust fyuçersləri 3,7% azalaraq unsiyası üçün 3994,1 dollara düşüb.
Gümüş 5,3% azalaraq unsiyası üçün 58,78 dollara, platin isə 4,6% azalaraq unsiyası üçün 1586 dollara düşüb.
Dolların altı valyutaya (avro, İsveçrə frankı, yen, Kanada dolları, Britaniya funtu və İsveç kronası) qarşı məzənnəsini izləyən DXY dollar indeksi təxminən 0,4% artaraq ötən ilin may ayından bəri ən yüksək səviyyəyə çatıb.
Güclü dollar qiymətli metallar üçün mənfi amildir, çünki bu, digər valyuta sahibləri üçün onların investisiya cəlbediciliyini azaldır.
ABŞ valyutası pul siyasətinin sərtləşdirilməsi gözləntiləri səbəbindən daha da yüksəlir. CME FedWatch-a görə, treyderlər Federal Ehtiyat Sisteminin (FED) sentyabr ayında əsas faiz dərəcəsini ən azı 25 bazis bəndi artırma ehtimalını təxminən 70% olaraq qiymətləndirirlər. Bu, bir həftə əvvəl 29% idi.