Bakı. Trend:
Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus kartlarda balansda məbləğin silinməsi halı müşahidə olunur.
Bu barədə ABB məlumat yayıb.
"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik", - məlumatda qeyd olunub.