Bakı. Trend:
Son bir həftə ərzində Fransada həddindən artıq isti hava şəraitində 40 nəfər su hövzələrində boğulub.
Baş nazir Sebastyan Lekornu bunu faciəvi fəlakət adlandırıb.
"Aldığımız son rəqəmlərə görə, 18 iyundan bəri 40 nəfər boğulub". O, qurbanların əsasən gənclər olduğunu qeyd edib.
Fransa Milli Meteorologiya Agentliyinin məlumatına görə, ölkə 1947-ci ildə qeydə alınmağa başlayandan bəri ən isti gecəsini yaşayıb. İsti hava dəmir yolu sisteminə təsir göstərib. Şəhərlərarası qatarların sayı azaldılıb. Bundan əlavə, bəzi şəhərətrafı və metro xətlərində qatarlar adi haldan daha yavaş sürətlə hərəkət edir.
Fransanın bir neçə şəhərində temperatur 40 dərəcəni keçib. Nantda 44 dərəcə, Bordoda isə tempratur 43 dərəcəyə yüksəlib.
İsti hava şəraitində Fransa Milli Assambleyasının üzvlərinə iclaslara qalstuksuz qatılmağa icazə verilib.