Mayın 1-dən etibarən sağlamlıq haqqında arayışları elektron şəkildə əldə etmək mümkün olacaq. Modern.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov bildirib. O deyib ki, arayışlar hazırda vətəndaşlara ödənişli əsaslarla təqdim edilir. “Mayın 1-dən etibarən arayışları elektron şəkildə əldə etmək mümkün olacaq. 18 yaşınadək uşaqların, hərbi xidmətə çağırışla bağlı olan arayışlar vətəndaşlara pulsuz təqdim edilir”,- V.Qurbanov bildirib.
O qeyd edib ki, arayışlar sığorta çərçivəsində qarşılanmır. Xatırladaq ki, sağlamlıq haqqında arayışlar vətəndaşlara 40 manat ödəniş əsasında verilir,