Bakı. Trend:
İran nümayəndə heyəti ABŞ ilə Burgenstokda keçirilən danışıqlarda bu mərhələdə işini başa çatdırıb, tərəflərin texniki qrupları isə məsləhətləşmələri iyunun 22-də davam etdirəcəklər.
Bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib.
“Bu mərhələdə danışıqlar nümayəndə heyətinin işi başa çatıb, lakin texniki qruplar sabah işlərini davam etdirəcəklər”, - deyə o bildirib.
O vurğulayıb ki, tərəflər yekun sazişin hazırlanmasını müzakirə ediblər və imzalanmış qarşılıqlı anlaşma memorandumu çərçivəsində öhdəliklərin yerinə yetirilməsi üçün zəruri məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə qərar qəbul olunub.