Bakı. Trend:
Suriya keçid dövrünün prezidenti Əhməd əş-Şaraa qonşu Livanda sülh və sabitlik təmin edəcək bir həll tapmağa çalışdığını bildirib.
O, bu barədə "Al Mashhad" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, məqsəd “Hizbullah” təşkilatı ilə bağlı problemi elə şəkildə həll etməkdir ki, Livanın mövcudluğu təmin olunsun və bu, hamı üçün faydalı olarsa, danışıqlar masasına oturmağa hazırdır.
Əş-Şaraa qeyd edib ki, Livanın böhrandan çıxması üçün siyasi konsensus vacibdir, ölkədə vəziyyət isə daha çox qütbləşməyə tab gətirə bilməz. O, həmçinin vurğulayıb ki, hadisələr təhlil edilməli və Livandakı şiə icmasının təhlükəsizliyini təmin edən həll yolları axtarılmalıdır, onu risk altına qoymaq yox.