Bakı. Trend:
ABŞ ilə İran arasında texniki məsləhətləşmələr iyunun 21-də Bürgenştokda keçiriləcək.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən məsləhətləşmələrdə Pakistan və Qətərin nümayəndələri də iştirak edəcək.
"İslamabad Anlaşma Memorandumunun imzalanmasından sonra texniki danışıqlar 21 iyun 2026-cı ildə İsveçrənin Bürgenştok şəhərində keçiriləcək. Müzakirələrdə ABŞ və İran nümayəndələri, eləcə də Pakistan və Qətər vasitəçiləri iştirak edəcəklər", - deyə nazirlik bildirib.