Metbuat.az xəbər verir ki, “Real Madrid”in bu transfer üçün 80 milyon avro xərcləməyə hazır olduğu iddia edilib. Məlumata görə, “Real” 25 yaşlı futbolçunu Dani Karvaxalın əvəzləyəcəyi kimi kluba cəlb etmək istəyir. Bildirilir ki, Trent Alexander-Arnoldun "Liverpul"la 2025-ci ilə qədər müqaviləsi var. Məlumata görə, “Liverpul” futbolçu üçün yeni müqavilə imzalamaq istəsə də, “Real”ın təklifi futbolçunu fikrindən daşındıra bilər.