Bakı. Trend:
Norveç yığması futbol üzrə dünya çempionatının qrup mərhələsi oyununda İraq millisini 4:1 hesabı ilə məğlub edib.
Qarşılaşma ABŞ-nin Massaçusets ştatının Foksboro şəhərində keçirilib.
Norveç millisinin heyətində qolları Erlinq Holann (29 və 43-cü dəqiqələr), Leo Estiqor (76) və Kristian Torstvedt (90+7) vurublar. İraq yığmasının yeganə qoluna isə 39-cu dəqiqədə Ayman Hüseyn imza atıb.