Bakı. Trend:
Argentina yığması futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Əlcəzair millisini 3:0 hesabı ilə məğlub edib.
Qarşılaşma ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində keçirilib.
Argentina millisinin heyətində Lionel Messi het-trik edib (17, 60 və 76-cı dəqiqələr). Bununla da o, dünya çempionatları tarixinin ən məhsuldar bombardirləri siyahısında 16 qolla birinci pilləyə yüksəlib. Messi bu göstəricidə Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze ilə eyni nəticəyə malikdir.
Qeyd edək ki, Argentina yığması hazırkı dünya çempionudur.