Bakı. Trend:
"Real" mövsümün sonunda müqaviləsi başa çatanj Antonio Rüdigerlə bağlı qərar verib.
Almaniyalı futbolçu La Liqa nəhəngində qalacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı mərkəz müdafiəçisi ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ilin yayından "Real"da çıxış edir. Almaniya millisinin üzvü 2025/26 mövsümündə madrid təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 1 qol vurub.