Bakı. Trend:
İdman Arbitraj Məhkəməsi (CAS) “Turan Tovuz” klubunun müraciəti ilə bağlı qərarını açıqlayıb.
Qurum UEFA Apellyasiya Orqanının iyunun 2-də Tovuz təmsilçisi barədə qəbul etdiyi qərarı qüvvədə saxlayıb.
İyunun 15-də açıqlanan qərara əsasən, “Turan Tovuz” bütün idman prinsiplərinə uyğun şəkildə əldə etdiyi vəsiqəyə baxmayaraq, UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak etməyəcək.
Qeyd edək ki, UEFA İntizam Komitəsi AFFA-nın 2019-cu ildə danışılmış oyunlarla bağlı qərarına əsaslanaraq, “Turan Tovuz”u 2026/2027-ci illər mövsümündə avrokuboklardan kənarlaşdırıb.