Bakı.Trend:
Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə bu gün saat 13:00 radələrində baş verib.
Belə ki, “Ford Transit” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə avtomobilin sürücüsü, 1976-cı il təvəllüdlü Əli Osmanov ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, qəzanın başvermə səbəbləri araşdırılır.