2023-cü ildə Azərbaycanda yerli turistlər 3 milyard 486.1 milyon manat vəsait xərcləyiblər.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Qeyd edək ki, ötən il yerli turistlər ən çox vəsaiti Bakı, Quba-Xaçmaz ,Şəki-Zaqatala və Naxçıvan Muxtar Respublikası iqtisadi rayonlarında xərcləyiblər. Belə ki, Bakıda 1 milyard 649.7 milyon manat, Quba-Xaçmaz iqtisadi rayonunda 517.1 milyon manat, Şəki-Zaqatala iqtisadi rayonunda 357.9 milyon manat, Naxçıvanda isə 251 milyon manat vəsait xərcləyiblər.
İqtisadi Rayonlar Xərclənən vəsait. min manat Bakı 1 649 703 Quba-Xaçmaz 517 153 Şəki-Zaqatala 357 940 Naxçıvan 250 004 Abşeron-Xızı 182 018 Lənkəran-Astara 153 593 Gəncə-Daşkəsən 130 300 Dağlıq-Şirvan 106 821 Qazax-Tovuz 62 235 Qarabağ 40 415 Mərkəzi-Aran 20 901 Mil-Muğan 8 584 Şirvan-Salyan 5 425