Bakı. Trend:
Bakıda qatar vurması ilə nəticələnən ölüm hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə iyunun 1-i saat 12:15 radələrində qeydə alınıb.
Belə ki, Quliyev Anar Rövşən oğlu Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 27 ünvanında qatar vurması nəticəsində həyatını itirib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.