Bakı. Trend:
2026-cı ilin cari dövrü ərzində 300-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyindən bildirilib.
Məlumata görə, artıq 164 işəgötürən tərəfindən ümumilikdə 346 işçiyə uşağının doğulması ilə əlaqədar 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.
İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində elektron qaydada rəsmiləşdirilir.
Qeyd edək ki, atalıq məzuniyyətinin ödənişli olması 16 yanvar 2026-cı il tarixində Əmək Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb. Uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.