Bakı. Trend:
Çilinin mərkəzində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Viña del Mar şəhərindən 24 km şimalda, sahildən təxminən 3,2 km məsafədə yerləşib.
Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ "dağıdıcı" kimi qiymətləndirilir.