Bərdə. Trend:
Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, qəza Bəhrəmtəpə stansiyası–Mingəçevir avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ-21015” markalı, 10 HT 171 dövlət nömrə nişanlı avtomobil “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbə nəticəsində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı kanala düşüb.
Qəza zamanı 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar Babayev Orxan Vüqar oğlu (1994), Hacıyev Röyal Rövşən oğlu (2004), Hətəmov Ayxan Natiq oğlu (2007), Nəcəfli Mirşahin Yeimar oğlu (2007), Paşayev Efras Ayaz oğlu (1979), Həmidova Rabella Əlibaba qızı (1990), Həmidzadə Ömər Kamandar oğlu (2018), Həmidova Səkurə Yaqub qızı (1964), Həmidov Həmid Fərrux oğlu (1963) və Həmidov Kamandar Həmid oğlu (1988) olublar.
Yaralılar Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.



