Ağdam. Trend:
Ağdam rayonunun bir sıra kəndlərində dolu müşahidə olunub.
Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata əsasən, rayonda başlayan güclü yağış bir müddət sonra doluya çevrilib.
Dolu daha çox Əfətli, Hacıməmmədli, Zəngişalı, Qaradağlı və Aşağı Yüzbaşlı kəndlərində qeydə alınıb.
Qaranlıq hava şəraiti səbəbindən kənd təsərrüfatına dəyən ziyanın miqyası hələ dəqiqləşdirilməyib.
Hazırda Ağdam rayonunda qeyri-sabit, yağışlı hava şəraiti davam edir.