ABŞ dövlət katibi Antoni Blinkenin "Boeing 737" təyyarəsi Fransada qəzalı vəziyyətə düşüb. Modern.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
"Dövlət Departamentinin sözçüsü təyyarədə texniki nasazlıqlar olduğunu bildirib", - məlumatda deyilir.
Qeyd edilib ki, Amerika nümayəndə heyəti Parisdən avtomobillə NATO-nun Brüsseldəki mənzil-qərargahına yola düşüb. Xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinken sabah - 4 apreldə isə Belçika paytaxtında NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin görüşünə qatılacaq. Həmin toplantıdan bir gün sonra - aprelin 5-də Brüseldə ABŞ, Avropa İttifaqı və Ermənistan rəsmilərinin görüşü keçiriləcək.