Məcburi köçkünlərlə bağlı qanun layihəsinin müzakirəsinin vaxtı dəyişdirilirb.
Modern.az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclasın vaxtının dəqiq tarixi yaxın vaxtlarda açıqlanacaq.
Qeyd edək ki, parlamentin Əmək və sosial siyasət komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclasında, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlara dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə ediləcək.