Bakı. Trend:
Futbol üzrə İngiltərə Kubokunun qalibi müəyyənləşib.
Trend-in məlumatına görə, finalda "Çelsi"ni 1:0 hesabı ilə məğlub edən "Mançester Siti" titula sahib çıxıb.
Londondakı "Uembli" stadionunda keçirilən matçda yeganə qolu 72-ci dəqiqədə Antuan Semenyo vurub.
Qeyd edək ki, ötən mövsüm İngiltərə Kubokunu finalda "Mançester Siti"yə qalib gələn "Kristal Pelas" qazanmışdı.