Bakı. Trend:
“ABB İnvest” xarici banklardan birində istiqraz buraxılışı həyata keçirməyi planlaşdırır və bu istiqamətdə danışıqlar aparılır.
Trend xəbər verir ki, bunu “ABB İnvest”in icraçı direktoru Nadir Babazadə şirkətin 2025-ci ilin yekunlarına dair maliyyə göstəricilərinin açıqlanması ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, məsələ ilə bağlı müzakirələr davam etsə də, yekun qərar qəbul olunmadığı üçün layihə barədə ictimaiyyətə ətraflı məlumat verilmir.
“Hazırda bu istiqamətdə danışıqlar aparılır. Lakin yekun qərar olmadığı üçün hələlik əlavə məlumat açıqlaya bilmirik”, - deyə N.Babazadə bildirib.