Bu gün ölkənin ilk xəbər kanalı REAL televiziyasının yaranma tarixidir. Real Təhlil İnformasiya Mərkəzinin fəaliyyətə başlamasından 6 il ötür. Modern.az-ın məlumatına görə, REAL TV 15 mart 2018-ci ildə əsas yayıma başlayıb.
2019-cu ilin mayın 10-da isə REAL TV ümumrespublika yayımına çıxıb. 24 saatlıq rejimlə fəaliyyət göstərən telekanalda gün ərzində aktual mövzuların müzakirəsi, yerli və xarici xəbərlər izləyicilərə təqdim olunur. REAL TV-nin Türkiyə, Amerika, Avropa, Rusiya Ukrayna, Çin və Mərkəzi Asiya büroları fəaliyyət göstərir. Telekanalın rəhbəri Əməkdar jurnalist Mirşahin Ağayevdir. Modern.az həmkarları təbrik edir.