Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
Metbuat.az-ın məlumatına görə, hazırda matçda hesab açılmayıb.
***
00:52
Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.
Metbuat.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
***
00:01
Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu başlayıb.
Metbuat.az-ın məlumatına görə, Leverkuzen şəhərindəki "BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.
Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.