Metbuat.az xarici mediaya istinadən bildirir ki, səhərlər bir fincan kakao içmək əhval ruhiyyəni yüksəldir, orqanizmin həyat tonusunu artırır. Onun tərkibində yaddaşı möhkəmləndirən və beyin fəaliyyətini yaxşılaşdıran maddələr var. Həmçinin kakao D vitamini ilə zəngindir.
Kakaonun faydalarını təqdim edirik:
- Onun nüvəsində olan “flavanol” maddəsi beyni daha çox oksigenlə təmin edir və yaşlı insanlarda yaddaş problemlərini azaldır.
- Bağırsaq və sidik yollarının spazmlarını aradan qaldırır.
- Yağı bədənə vurulduqda günəşin zərərli təsirlərini azaldır və dəri qoruyucu funksiyasını yerinə yetirir.
- Xoşbəxtlik hormonunu artırır. Bu şəkildə stress və depressiya riskini azaldır. O, həm də təbii antidepresandır.
- Yaşlanma əleyhinədir. Dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır.