İşğaldan azad edilən Xankəndi şəhərində separatçıların 1994-cü ildə inşa etdiyi "parlament binası" sökülür.Metbuat.az xəbər verir ki, bununla bağlı AzTV ərazidən reportaj hazırlayıb.Telekanalın əməkdaşı qeyd edib ki, həmin binanın yanındakı tikili də sökülür.Onun sözlərinə görə, tikili 1-ci Qarabağ müharibəsində azərbaycanlılara qarşı qəddarlıqla seçilən ermənilərin "qəhrəmanları" üçün inşa edilən "veteran binasıdır":"Ümumiyyətlə Xankəndinin memarlığına, arxitekturasına zidd olan, işğaldan sonra tikilən bütün binaların söküntü işləri aparılır".