Bu gün Azərbaycanda futbol üzrə 2-ci liqanın 15-ci turu start götürəcək.
Modern.az xəbər verir ki, ilk gündə 3 matç oynanılacaq. Lider "Bakı Sportinq" 2-ci yerdəki "Şahdağ Qusar"ın qonağı olacaq. "Ağdaş" "Şəki Siti" ilə, "Şəfa" "Lerik"lə qarşılaşacaq.
Tura sabah keçiriləcək 4 oyunla yekun vurulacaq.
Bu görüşlər, 2-ci liqada 2024-cü ilin ilk oyunlarıdır.
4 mart
15:00. “Şahdağ Qusar” – “Bakı Sportinq” Şamaxı OİK stadionu
15:00. “Ağdaş” – “Şəki Siti” Ağdaş şəhər stadionu
15:00. “Şəfa” – “Lerik” Binə qəsəbə stadionu
5 mart
14:00. “Qusar” – “Füzuli” “Kapital Bank Arena” (ehtiyat meydança)
15:00. “Dinamo” – “Şəmkir” Binə qəsəbə stadionu
15:00. “Kür-Araz” – “Göygöl” Heydər Əliyev adına İmişli şəhər stadionu
15:00. “Cəbrayıl” – “Kürmük Qax” “Neftçi Futbol Mərkəzi” (IV meydança)
N Klublar O Q H M T-F X 1 Bakı Sportinq 14 12 1 1 37-13 37 2 Şahdağ Qusar 14 9 3 2 48-9 30 3 Cəbrayıl 14 10 0 4 43-27 30 4 Füzuli 14 8 5 1 25-17 29 5 Qusar 14 9 2 3 33-15 29 6 Göygöl 14 8 1 5 36-28 25 7 Şəki Siti 14 7 2 5 26-19 23 8 Kür-Araz 14 6 1 7 28-25 19 9 Dinamo 14 5 1 8 29-40 16 10 Ağdaş 14 4 3 7 20-28 15 11 Lerik 14 3 3 8 22-35 12 12 Kürmük Qax 14 2 1 11 15-35 7 13 Şəmkir 14 2 0 12 15-48 6 14 Şəfa 14 1 1 12 13-51 4