“Seçki Məcəlləsinə əsasən, bir yerdə 6 aydan artıq yaşayan şəxs qeydiyyatda olmasa da, səsvermə hüququna malikdir”.
Modern.az xəbər verir ki, bu barədə Regional məsələlər komitəsinin iclasında komitə sədri Siyavuş Novruzov bildirib.
“Bu gün sənədsiz ev problemi hər yerdə var. Bakıda 40 dan artıq qəsəbə var. Hərəsində 40 mindən çox insan yaşayır. Bu qəsəbələrdə olan bələdiyyələr birləşəcək”, - deyə komitə sədri bildirib.